Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlandı

Lənkəranda gənc oğlan qayınatası tərəfindən bıçaqlandı

Lənkəran şəhərində gənc qayınatası tərəfindən bıçaqlanıb.


"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boynunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.

 

Aktual.az

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR