Lənkəran rayonunda yağan yağış fəsadlara gətirib çıxarıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolmuşdur.
Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunmuşdur.
Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunmuşdur.
Əməliyyat saat 03:32 də başa çatmışdır.