Avqustun 23-də Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb.
Aktual.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Mərhumun meyiti aidiyyati üzrə təhvil verilib.
Aktual.Az