Lənkəran şəhərində bir nəfər dənizdə çimərkən batıb.
Aktual.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.
Əlavə məlumat veriləcək.