Lənkəranda biabırçılıq: Yol polisinin rəisi qadına eşq elan edib və... - FOTO

Lənkəranda biabırçılıq:   Yol polisinin rəisi qadına eşq elan edib və... - FOTO

Lənkəranda biabırçılıq: Yol polisinin rəisi qadına eşq elan edib və..."Şərəfli peşədir polis peşəsi, gərək ki, adına layiq olasan"

Aktual.az Dosye.org-ın elektron ünvanına Lənkəran şəhər sakini İsmayılova Səbahət Kərim qizi tərəfindən şikayət məktubu daxil olub. Məktubda göstərilir ki, Lənkəran ŞPİ-nin yol polis şöbəsinin rəisi palkovnik Məmmədov Nəsimi Nəriman oğlu vəzifə salahiyətlərindən istifadə edərək, vətəndaş Səbahət İsmayılovaya qarşı məhkəmə cəkişməsində saxta sənədlərlə bir necə qanun pozuntusuna yol vermişdir. Dosye.org-a ünvanlanan şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk: 

Miranənin atası qonşum idi. Amma narkoman olduğunu bilməmişdim. Miranə 4 aylıq olanda həbs olundu. 2 dəfə təkrar həbs olunduğu üçün ayrıldım. Anam evində qalırdım. Bir dəfə evimizə oğru girmək istəyirdi 102-yə zəng vurduq polislər gəldi. Sonra anamı sorğu-suala tutdular.Barəmizdə məlumat topladılar.Bir gün anamı polisə çağırdılar. Demə bu adam Lənkəran yol polisinin rəisi Nəsimi imiş. Anama bildirib ki, 1 qız övladım var yoldaşımın uşağı olmur. Səbahəti ver mənə oğlan doğsun, onu gözüm üstə saxlayaram. 8 ay evdə söz-söhbət oldu.Onu ər olaraq qəbul etdim, inandım. Tək övlad olduğum üçün evdə aldırmadım. Heç adıma da bir qızılda almadı, fikirləşdim etibar etmir. Öyrəşəndən sonra düzələr. Hər dəfə hamilə qalanda deyirdi saldır. 7 il bundan öncə qərara aldım ki, saldırmayacağam. Mən bunu ər kimi qəbul etmişəm aşna mənə yaraşmaz. Elə ki, bildi hamiləyəm mənimlə yola getmədi, arayib axtarmadı. DİN-ə ərizə yazdım. Bunu bilib UŞAQ MƏNDƏN DEYİL deyərək məni 178.1 178.2 cinayət işi ilə məhkəməyə verdi. Uzun sözün qısası BƏRAYƏT HÖKÜMÜ aldım. Apelyasiya şikayəti verdi, orda da BƏRAYƏT aldım. Sadəcə uşaqı ordan çıxardılar ki, mən mülki qaydada məhkəməyə verim. Məhkəmə yollarına , vəkilə pul xərcləməkdən korluq çəkirdim. Odur ki, müklü qaydada iddia qaldıra bilmədim. Hal-hazırda isə uşaqlar böyüyüb, maddi durumum yaxşı deyil və eyni zamanda vəziyyətimiz acınacaqlıdır.2 ay öncə polis rəisinin müavinin qəbuluna getdim. Xaiş etdim ki, təzyiq göstərsinlər uşaqina pul gödərsin. Nəsimi müəllimin öz müavininə zəng etdim xaiş etdim yenə alınmadı. Qalmışam avara. Anamda bərk xəstədir şəkərdir ayaqlarıda şəkər yarası var. Bu günahları Nəsimi necə daşıyır? Mənim həyatımı məhv etdi cəhənnəm olsun. Bu qədər imkanı ola-ola uşaqi əllərə qalıb.

Araşdırmalar nəticəsində məlum oldu ki, Lənkəran şəhər yol polis şöbəsinin rəisi Nəsimi Məmmədov özünü müdafiyə etmək üçün vətəndaş Səbahət İsmayılovanı xüsusi ittiham qaydasında məkəməyə verib, Beləliklə məhkəmə qanun aliliyini nəzərə alaraq iddianı ləğv edib.

Onuda bildirək ki, illərlə Lənkəranda yol polis şöbəsinin rəisi vəzifəsində işləmiş Nəsimi Məmmədov tərəfindən törədilmiş əməl hecdə polis orqanlarında xidmət edən belə bir şəxsə yaraşmaz. Onuda nəzərinizə catdıraq ki, vətəndaşın [email protected] elektron ünvanına şikayət məktubundan sonra məqalədə adı hallanan Nəsimi Məmmədovla telefon əlaqəsi yaratdiq. Özümüzu təqdim etdikdən sonra qarşı tərəf kimi mövqeyini dinləməyə çalışdiq. Əfsuslar olsun ki, polis orqanlarında xidət edən Nəsimi Məmmədovun münasibəti gözlənilməz oldu "gedin işinizlə məşğul olun "

KİV qanunları nəzərə alaraq Nəsimi Məmmədova bildirmə istəyirik ki, "Azerbaycan Respublikası KİV haqqinda qanun maddə 8 -də " Nəsimi müəllimin qarşı tərəf kimi münasibəti tam əksini göstərir. İnanırıq ki, vətəndaş İsmayılova Səbahət Kərim qızının şikayəti qanunu formada araşdırılacaq.

Xəbər 919 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR