Lənkəranda bankomatdan oğurluğa cəhd edildi

Lənkəranda bankomatdan oğurluğa cəhd edildi

Lənkəranda növbəti dəfə bankomatdan oğurluğa cəhd edilib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lənkəran şəhərinin Qala Xiyabanı ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər həmin ərazidəki beşmərtəbəli evin birinci mərtəbəsində quraşdırılmış “KapitalBank”a məxsus bankomatdan oğurluğa cəhd ediblər. Bankomat zədələnsə də, oğrular pulun saxlandığı xəzinəyə daxil ola bilməyiblər.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb.

Qeyd edək ki, Lənkəranda sentyabrın 15-də də bankomatdan oğurluğa cəhd hadisəsi baş vermişdi. O vaxt oğrular rayonun Kərgəlan kəndində icra nümayəndəliyinin binasında quraşdırılmış “Kapital Bank”ın bankomatını yarmaq istəsələr də, onların cəhdləri baş tutmamışdı.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR