Lənkəranda 50 yaşlı qadın intihar edib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Yuxarı Nüvədi kəndində qeydə alınıb. Həmin kənddə Reyhan Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.
Xəbər 500 dəfə oxunub.