Lənkəran sakini intihar edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb.
Onun meyiti yaxınları tərəfindən aşkar olunub.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 551 dəfə oxunub.