Lənkəranda 15 yaşlı qız dərmandan zəhərləndi

Lənkəranda 15 yaşlı qız dərmandan zəhərləndi

Lənkəran rayonunda 15 yaşlı qız dərmandan zəhərlənib.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Mamusta kənd sakini, 2005-ci il təvəllüdlü Alsu Eldəniz qızı Hacıyeva ağrıkəsici dərman əvəzinə səhvən başqa dərman pereparatları qəbul edib. 
Nəticədə səhhəti daha da pisləşən A.Hacıyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərmandan zəhərlənmə diaqnozu qoyulduqdan sonra mədəsi yuyulub. Eyni zamanda digər zəruri tədbirlər həyata keçirilib. 
Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta ağırdır.
Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR