Lənkəranda 1 ay əvvəl öldürülən oğlanın meyiti tapılıb

Lənkəranda 1 ay əvvəl öldürülən oğlanın meyiti tapılıb

Lənkəranda rayon Polis Şöbəsinin əməkdaşları keçən ay törədilən qətlin üstünü açıblar.

ONA-nın cənub bürosundan verilən məlumata görə, meyit rayonun Digah kəndində tapılıb.
Qətldə şübhəli bilinən Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər Quliyev saxlanılıb. Məlum olub ki, o, həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Bağırovu  şəxsi münaqişə zəminində belindəki kəmərlə boğaraq öldürüb və  meyidi kənddə yarımçıq tikilidə gizlədib.

Meyit aşkarlandığı yerdən götürülərək müayinə edilməsi üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Müayinədən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR