Oktyabrın 26-dan etibarən fasiləsiz yağan yağışlar Lənkəranda bir sıra fəsadlar yaradıb.
Aktual.az-ın Report-a istinadən məlumatına görə, Lənkərançay, Bəşəruçay, Girdəniçay, Veravulçay və digər suötürücü kollektorlarda daşqınlar baş verib. Çaylar məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub. Rayonun Rvo kənd ərazi vahidliyinə daxil olan Siyablı kəndində körpünü sel aparıb. Rayonun kəndləri Şağlaser, Sütəmurdov, Kərgəlan, Vilvan, Veravul kəndlərini və İstisu qəsəbəsini sel basıb