Lənkəran rayon sakininin evindən bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzil qarət olunub.
Zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb. Lənkəran polisinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib.
Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.