Amerikalı müğənni Ledi Qaqa `Super Bowl`da ABŞ himnini oxuyacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Futbol Federasiyasının (NFL) rəsmi saytında məlumat yerləşdirilib.
NFL-in çempionun adının müəyyənləşəcəyi oyun fevralın 8-i baş tutacaq. Finalda “Karolina Panters” və “Denver Bronkos” qarşılaşacaq.
Fasilə zamanı isə tamaşaçıları “Coldplay” qrupu əyləndirəcək. Səhnəyə, həmçinin Beyonsun da çıxacağı gözlənilir.