"Öləcəm" dedi, toy günü həyatını itirdi - BAKIDA


Bakıda şadlıq evində bədbəxt olay baş verib.

Aktual.az bizimyol.info-ya istindən xəbər verir ki, hadisə Bakıda yerləşən şadlıq evlərindən birində, toy mərasimi keçirilən zaman yaşanıb.

Məclisin sonlarına yaxın qonaqlardan biri qəfldən ürək çatışmazlığından həyatını itirib. Bu barədə hadisə şahidləri məlumat verib. Hadisədən bir qədər sonra məclis davam edib.

Maraqlısı ondadır ki, dünyasını dəyişən şəxs öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Ona məclisə qatılmamağı məsləhət görüblər, lakin buna məhəl qoymayıb.

Qeyd edək ki, həmin şəxs sərbəst güləş üzrə mütəxəssis olub. Yaxınları onun adının çəkilməsini istəmədiyindən qeyd etməyi məqbul bilmədik.

Aktual.az

Xəbər 11116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR