Dünən “Azadlıq”dan növbəti gülməcəni oxudum: “Əli Kərimli öz “facebook” səhifəsində İlham Əlİyevin cavabını verdi”
Ay Maşallah. Demək ki, virtual turne davam edir. Hətta estafet. Niyə turne, niyə estafet? - Çünki təxminən 2-3 ay öncə də bu üfunət qoxan iftira maşını öz manşetinə belə bir başlıq çıxarmışdı: “Əli Kərimli virtual debatda İlham Əliyevi məğlub etdi”
Oysa dinlə məni, cənab Əli Kərimli. Gör nə deyirəm: Amerika Prezidenti Barak Obama var ha. Bütün inandıqlarıma və inandıqlarına and olsun, bax ona yuxuda düz 3 dəfə çay gətirtmişəm. Özüm üçün. Hər dəfəsində də adamı geri qaytarmışam. Soyuqdu, tünddü, ta nə bilim açıqdı - deyə yüz bəhanə ilə. Demişəm get adıma layiqini gətir. O da mağmun – mağmun, məzur – məzur gedib gətirib. Və...ayılanda bir baxmışam ki, uşaq başımın üstündə çiynimi dümsükləyir: “Papa, maaşı nə vaxt alacaqsan, filan oyuncağı istəyirəm”
Yəni sözümün canı budur ki, yuxuda, nağıllar aləmində bir insanın vara bilməyəcəyi nöqtə yoxdur. Hara qədər desən şütümək olar. Amma dediyim kimi: - yuxuda! Və...sadəcə ayılana qədər!
Ayrıca, İlham Əliyev mövzusu da hardan çıxdı? Sənin son illər tək missiyan “Yeni Musavat”ı hədəfə almaqdan ibarət deyildimi? Sənin işin Rauf Arifoğlunu, eyn zamanda müxalif cəbhədə tonla çörək kəsdiyin, boynunda haqqı olan insanları “vuraraq” altından da Azadə - fason arvad imzaları qoymaqla tamamlanmırdımı? Sənin kurasiya hüdudların hamını ləkələyib, ləkələdiklərinin üstünə çıxıb iri görünməklə, özünü müxalif manapolist kimi təqdim etməklə məhdudlaşmırdımı? İndi niyə yekə söhbətlərə girmisən? Durub dururkən niyə beyin çöndü yenə?
Çıx nağıllar aləmindən. Bayıra, həyətə, şəhərə çıx demirəm. Sadəcə nağıllar aləmindən çıx. Ya da barı eyvana çıx. Ətrafa bax. Ağaclar, binalar, insanlar görəcəksən. Axşamlar göydə ay, gündüzlər günəş görəcəksən. Hətta hava bir az bozarsa bulud, şimşək, yağış damlaları görəcəksən.
İnsan bu dünyaya bir tək “facebook”da “like”saymaq üçün gəlmir, bəy!
Allah kişi dediyini arvad adı ilə “feyk” profillərdən adam söydürmək üçün yaratmır, bəy!
Çöldə də, bayırda da həyat var, bəy....!