"Lazımsız dövlət qurumları ləğv olunmalıdır" -İlham Əliyev


“Struktur islahatları ilə bağlı artıq müəyyən addımlar atılıb”.


Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verilib, təkliflər hazırlanıb: “Bu sahədə qanunvericilik bazası hazırlanmalıdır və Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacaq”.

Prezident İlham Əliyev Bundan əlavə, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR