Lavrovdan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Lavrovdan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib.
"Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, - o bildirib.
O söyləyib ki, bugünkü görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabr, həmçinin 2021-ci ilin yanvar və noyabr aylarında və bu ilin oktyabrında Soçi görüşü zamanı imzalanmış üçtərəfli bəyanatların icrası olacaq.
"Gündəlikdə duran digər məsələlər - regional əməkdaşlıq, Xəzərətrafı dinamika, ATƏT, MDB və digər proseslərlə bağlıdır”, - Rusiya XİN rəhbəri əlavə edib.


Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR