Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi səbəbindən tanıyıb.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.
“Güman edirəm ki, bütün bunlar Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi, dövri olaraq qalmaqal yaratması və tərəfdaşlarını, o cümlədən Avropadakı tərəfdaşlarını təhqir etməsindən irəli gəlir”, - deyə Lavrov bildirib
XİN rəhbəri qeyd edib ki, rəsmi Moskva Bundestaqın qərarına deputatların öz iradələrini azad ifadə etməsi kimi baxır.