Lavrov: "Özünüz razılığa gəlin"

Lavrov:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaradılmasına qarşıdır.

Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.

"Biz bütün tərəflərin dəstəkləmədiyi paralel kanalların axtarışına, yeni mexanizmlərin yaradılmasına qarşıyıq. Bu, yalnız əsas hədəfdən - təhlükəsizliyin təmin olunması, yeni itkilərin qarşısının alınması və siyasi prosesin bərpası üçün şərtlərin yaradılması fikrini yayındıracaq".

Rusiya XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı tərəflər (Azərbaycan və Ermənistan) öz aralarında razılığa gəlməlidir.

"Rusiya, Fransa və ABŞ bu məsələdə onlara yardım etməyə çalışacaq".

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR