Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək.
Səfər bu həftənin sonuna planlaşdırılır.
Aktual.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə , səfər bu həftənin sonuna planlaşdırılır.
Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.