Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Rusiya paytaxtı Moskvada xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə görüş başlayıb.
Bu nazirlərin 2015-ci ildə baş tutan 20-ci görüşüdür.
Lavrov və Kerri Suriyadakı vəziyyəti, Ukraynadakı durumu, həmçinin ikitərəfli əlaqələri müzakirə edəcəklər.
Bu görüşdən sonra Rusiya prezidenti Vladimir Putin Kerrini qəbul edəcək.