Lavrov və Kerri Qarabağı müzakirə etmədi

Lavrov və Kerri Qarabağı müzakirə etmədi

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı dövlət rəsmiləri Suriyadakı vəziyyəti müzakirə ediblər.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Lavrov Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu, həmin yerlərdən terrorçuların sızdığını bildirib.

Danışıqlar zamanı Ukrayna problemi və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunsa da Dağlıq Qarabağ probleminə toxunulmayıb.

Qeyd edək ki, bundan öncəki telefon danışıqları zamanı Kerri və Lavrov Qarabağ münaqişəsini müzakirə etmişdilər.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR