Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, S. Lavrov və C. Kerri Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.
"Tərəflər Suriya münaqişəsinin həlli yolları, Hələbdəki vəziyyəti müzakirə edib. Suriyada mötədil müxalifətin terrorçu qruplaşmalara qarışması probleminə toxunulub", məlumatda deyilir.
Qeyd edək ki, ABŞ Suriya hökumətini və Rusiyanı Suriyada müxalifət qüvvələrinə zərbələr endirməkdə ittiham edir. Rusiya isə ABŞ-ı Suriya müxalifətinin terrorçu qruplaşmalarından ayrılmasına təsir etməyə çağırır.
Aktual.az
Xəbər 404 dəfə oxunub.