Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu aprelin 6-7-də Türkiyədə keçiriləcək görüşdə "Akkuyu” atom elektrik stansiyalarının (AES) tikintisini və "Türk axını” layihəsini müzakirə edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən qeyd olunub ki, növbəti turizm mövsümü ərəfəsində nazirlər rusiyalıların Türkiyədə hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.
Xəbər 244 dəfə oxunub.