Ukraynalılar legitim prezidentə malik olmaq istəyirlərsə, prezident seçkiləri keçirməlidirlər. Hazırda Ukraynada yalnız Ali Rada legitimliyə malikdir.
Aktual.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-lərə müsahibəsində bildirib.
"Rusiya Prezidenti Vladimir Putin birbaşa xətdə indiki Ukrayna hakimiyyətinin legitimliyi ilə bağlı çox aydın şəkildə dedi ki, ukraynalılar Kiyevdəki vəziyyəti Ukrayna Konstitusiyasına uyğunlaşdırmaq üçün bunu özləri həll etməlidirlər. Əgər onlar legitim prezidentə malik olmaq istəyirlərsə, bunun üçün əlbəttə ki, seçkilər keçirməlidirlər. Hələlik isə Putinin söylədiyi kimi, Konstitusiyaya əsasən yalnız Ali Rada və müvafiq olaraq onun sədri legitimliyə malikdir", - nazir qeyd edib.
Xəbər 70 dəfə oxunub.