Lavrov qazax nazirlə Xəzərdə əməkdaşlığı müzakirə etdi

Lavrov qazax nazirlə Xəzərdə əməkdaşlığı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murad Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir.
Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb.
Tərəflər çoxşaxəli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar komponentlərini müzakirə ediblər.
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR