Lavrov: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Lavrov: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

“Dağlıq Qarabağda baş verənlərlə bağlı bizim mövqeyimiz prezident, xarici işlər və müdafiə naziri tərəfindən açıqlanıb. Müdafiə naziri Sergey Şoyqu və mən azərbaycanlı və erməni həmkarlarımızla əlaqə saxlamışıq. Onlara ciddi narahatlığımızı ifadə etmişik, tez bir zamanda dərhal atəşin dayandırılmasını söyləmişik. Ümid edirik ki, bizim müraciətimizi eşidəcəklər. Baxmayaraq ki, atəşin dayandırılması ilə bağlı hər iki tərəf əmrlərin verildiyini açıqlayıblar, lakin bu gün yenidən atəşin tam dayandırılmadığı görünür. Bakı və İrəvanla əlaqələrimizi davam etdiririk. Moskva, Paris və Vaşinqton tərəfindən verilən siqnalların eşidilməsi üçün əlimizdən gələni edəcəyik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün moldovalı həmkarı Andrey Qalbur ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında jurnalistin ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanmasında nə qədər effektli olması ilə bağlı sualına cavabında bildirib. O xatırladıb ki, iki gün öncə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən bəyanat verilib: “Həmin bəyanatda səslənən fikirlər Rusiya rəhbərliyinin mövqeyi ilə uyğundur. O ki qaldı Minsk Qrupuna, bu, böyük mexanizmdir. Üçlük (həmsədrlər) formatını dəyişmək məqsəduyğun deyil”.

Rusiyalı nazir ATƏT-in Minsk Qrupunun fəaliyyətini Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normandiya formatı və Suriya münaqişənin həlli ilə məşğul olan Suriyaya dəstək beynəlxalq qrupu ilə müqayisə edib: “Bu məntiqlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu baltalamaq və son 10 ildə onların əldə etdiklərini kölgələməyə cəhd etmək lazım deyil. Lakin bunu edənlər var, hansılar ki, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirmək istəyənlərdir, münaqişənin həllinə yanaşmaları qəbul etməyənlərdir".

S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını söyləyib: “Münaqişə ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR