“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsinin vaxtı çatıb”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.
O, qeyd edib: "Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik".
Öz növbəsində, E.Məmmədyarov bildirib: "İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar".