Həmsədrlər Sergey Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) qəbul edib. Görüşə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.
Həmsədrlər S. Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər.(APA)
Aktual.az