Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçrənin Lozanna şəhərində Suriya üzrə görüş çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirə bilər.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.
"Bu kimi görüşlərin baş tutması nəzərdə tutulub", deyə mənbə bildirib.
Bu gün İsveçrənin Lozanna şəhərində ABŞ, Rusiya və bir sıra ölkələrin iştirakı ilə Suriyaya dair görüş keçiriləcək. Çoxtərəfli danışıqların əsas mövzusu kimi Suriyada atəşkəs rejiminə nail olunması göstərilir.