Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti görüş Laosun paytaxtı Vyentyanda keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Asiya-Sakit Okean Əməkdaşlq Birliyinin sammiti çərçivəsində baş tutacaq.
Gözlənildiyi kimi, Rusiya və ABŞ xarici işlər idarələri rəhbərlərinin görüşündə əsas mövzu Suriya münaqişəsinin nizamlanması olacaq.