Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
Onun sözlərinə görə, rusiyalı nazir iyulun 4-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrinin XİN başçılarının iclasında iştirak edəcək: "İclasda beynəlxalq terrorçuluqla birgə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq".