Lavrov Hələbdə hərbi əməliyyatların dayandırıldığını bəyan edib

Lavrov Hələbdə hərbi əməliyyatların dayandırıldığını bəyan edib
  • DÜNYA

Suriya ordusu dinc əhalini şəhərdən çıxarmaq üçün Şərqi Hələbdə hərbi əməliyyatları dayandırıb. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib. 

"Bu gün Hələbin şərqində Suriya ordusunun hərbi əməliyyatları dayandırılıb, çünki əməliyyat başlayan dövrdən indiyə qədər dinc əhalinin təxliyəsi üzrə ən irimiqyaslı əməliyyat həyata keçirilir... Karvan 8 min adamdan ibarətdir. Bu böyük əməliyyatdır, marşrutun uzunluğu beş km-dır”, - o qeyd edib. 

Nazir həmçinin bildirib ki, qərb ölkələri şəhərdə humanitar vəziyyətin yüngülləşməsinə dair hesabat təqdim etməyiblər. Onun sözlərinə görə, ABŞ "Cəbhət ən-Nüsrə”yə toxunmur, danışıqlar zamanı onu zərbə altından çıxrmağa çalışıblar. 
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR