Lavrov Azərbaycanı müdafiə, ATƏT-i isə ittiham etdi

Lavrov Azərbaycanı müdafiə, ATƏT-i isə ittiham etdi

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz zəifliyi və “çürüklüyü” ucbatından Azərbaycana seçkilərə gəlməmək barədə qərar qəbul edib.

Aktual.az-ın haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bazar ertəsi ATƏT-in baş katibi Lamberto Zanyer ilə müştərək mətbuat konfransında bildirib.

“Dövlətlər müşahidəçiləri çağırmağa məcburdurlar, o cümlədən ATƏT-dən, və ora neçə nəfər müşahidəçinin gələcəyi vacib deyil. Bu, katibliyin günahıdır, amma mövcud struktur öz “çürüklüyü” ucbatından mütəmadi olaraq sınaqlara məruz qalır, və onu tamhüquqlu təşkilat etməkdən imtina edənlər – onlar isə azlıq təşkil edir, bu təşkilatı olduğu kimi qorumağa üstünlük verirlər, çünki onu belə manipulyasiya etmək daha asandır”, - Lavrov bildirib.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR