Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Rusiya KİV-lərinin verdiyi məlumata görə, rusiyalı nazirin türkiyəli həmkarı ilə görüşünə 40 dəqiqə vaxt ayrılıb.
Görüş zamanı Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı Suriyadakı vəziyyətin nizamlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
***
Türkiyə və Rusiya xarici işlər nazirləri arasındakı görüş başa çatıb.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, təxminən 40 dəqiqə davam edən görüş zamanı iqtisadiyyat, energetika, ticarət və yüksək səviyyədə səfərlər müzakirə edilib.//AzNews.az