Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın təklif etdiyi ilkin sülh planının yeddi bəndini, o cümlədən təmas xəttinə əsaslanan ərazi mübadiləsini və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini faktiki olaraq rədd edib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
"Lavrov Zaporojye və Xerson bölgələrindəki mövcud təmas xəttinin dondurulması, Zaporojye AES-in Rusiyanın deyil, MAQATE-nin nəzarəti altında yenidən işə salınması, Kiyevə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və Ukraynanın suverenliyinin təsdiqlənməsi ilə bağlı müddəaları faktiki olaraq rədd edib”, - məlumatda deyilib.
Xəbər 63 dəfə oxunub.