Latviya Seymi yekun oxunuşda kredit təşkilatları haqqında qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə "Delfi” portalı məlumat yayıb.
Məlumata görə, indi ölkənin kredit təşkilatlarının təqdim etdiyi bankomatlarda latış dili quraşdırılmalıdır:
"Həmçinin cihazlarda AB və iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri tətbiq edilə bilər”.
Xəbər 323 dəfə oxunub.