Latviyada daha bir azərbaycanlı deputat seçildi

Latviyada daha bir azərbaycanlı deputat seçildi
  • DÜNYA

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, əslən Kürdəmir rayonundan olan Vüqar Ecmanis Valmeria şəhər Dumasına üzv seçilib.

1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 25 ildir Avropada yaşayır.

O, Avropanın bir neçə ölkəsində uğurlu biznes layihələrinə imza atıb və 10 ilə yaxındır, Valmeriada Azərbaycan icmasının fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır.

V. Ecmanis hazırda Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəridir.

Həmyerlimiz qarşıdan gələn mer seçkilərinə də qatılmaq niyyətindədir.

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR