Sumqayıt Apellyasiya Məhkəməsində oğlunu qətlə yetirməkdə təqsirləndirilən Eldəniz Məmmədovun şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, ötən il iyulun 21-də Qobu qəsəbəsinin sakini Eldəniz Məmmədov ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E. Məmmədov apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
// Aktual.az