İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntılara və talançılığa məruz qoyulmuş Azərbaycan rayonlarından biri də Laçın olub. Laçın ölkəmizin ən böyük rayonlarından biri kimi böyük potensiala malikdir. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd mövcud idi. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Laçın rayonu işğal edildikdən sonra bütün infrastruktura dağıdıcı zərbələr vuruldu. Rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Ermənilərin işğal dövründə Azərbaycan ərazilərində törətdikləri çoxsaylı hərbi cinayətlərdən biri də qanunsuz məşkunlaşdırma ilə bağlı olmuşdur. İşğal dövründə Ermənistan Laçında da qanunsuz məskunlaşma siyasəti aparmış, xaricdə yaşayan ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
"2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqı özü beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Cari ilin mart ayının 28-də dövlətimizin başçısı Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsini bu vəzifəyə yeni təyin olunması ilə əlaqədar qəbul edərkən Laçının məhz hərbi-siyasi yolla azad olunması məsələsinə toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq rayonun cənub hissəsini hərbi əməliyyatlar yolu ilə azad etdi. 2020-ci il noyabrın 9-u, Vətən müharibəsinin sonuncu günü Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi", - deputat deyib.
K.Qafarov Laçın rayonunun təhlükəsizliyinin təmin olunmasının oraya qayıdacaq keçmiş köçkünlərin rahat yaşamaları üçün vacib şərtlərdən biri olduğunu qeyd edib:
"Prezident İlham Əliyevin çıxışında bundan
Xəbər 225 dəfə oxunub.