Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.
Aktual.az xəbər verir ki, Firdovsi Mayis oğlu Abdullayev və Fərid Əjdər oğlu Məmmədovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.
Məlumata görə, hərbçi Firdovsi Mayis Abdullayev oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Fərid Əjdər oğlu Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.
Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşmüşdülər.
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR