Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı.
Aktual.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalandıqdan sonra yolların bərpasına və tikintisinə (Zəngəzur dəhlizi – red.) başlamaq lazımdır. Bu, elə Ermənistanın xeyrinədir”, - Çavuşoğlu bildirib.
Çavuşoğlu Azərbaycandan İran vasitəsilə Naxçıvana gedən yolun vacibliyindən də danışıb:
"Biz bunu da dəstəkləyirik, risklərdən qaçmaq üçün alternativ hər zaman lazımdır”.
Xəbər 283 dəfə oxunub.