Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətləri Yeni Azərbaycan Partiyasınını (YAP) Laçın rayon təşkilatının sədri Aqil Nəzərliyə həvalə olunub.
Aktual.az Report-a istinadən xəbər verir ki, A.Nəzərli indiyədək Laçın RİH başçısının müavini vəzifəsində çalışıb.
A.Nəzərli artıq RİH əməkdaşlarına təqdim olunub.
Xatırladaq ki, bu il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif İsmayıl oğlu Səlimovun Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.