Rusiyanın Abxaziyadakı hərbi mövcudluğu müdafiə xarakteri daşıyır və Gürcüstanın güc tətbiq etməmək haqqında sazişi imzalamaqdan imtina etməsi fonunda potensial təcavüzün qarşısını alır.
Aktual.az xəbər verir ki, bunu "RİA Novosti”yə müsahibəsində Moskvadakı Abxaziya "səfiri” Alxas Kvitsiniya bildirib.
O, həmçinin qeyd edib ki, Abxaziya Rusiya ilə təhlükəsizliklə bağlı bütün məsələləri şəffaf şəkildə müzakirə edir və abxaz cəmiyyətində Moskva ilə hərbi əməkdaşlığın genişləndirilməsinin sülhün təminatı olduğu anlayışı formalaşıb.
"Hazırda Abxaziya ərazisində yerləşən 7-ci Rusiya hərbi bazası sabitlik və təhlükəsizliyin əsas amilinə çevrilib”, - deyə Kvitsiniya vurğulayıb.
Xəbər 271 dəfə oxunub.