Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Georgi Kvirikaşvilinin Azərbaycana səfəri başlayıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.