Kvemo Kartli qubernatoru Azərbaycandan üzr istədi -bayraqla bağlı insidentə görə

Kvemo Kartli qubernatoru  Azərbaycandan üzr istədi   -bayraqla bağlı insidentə görə

Kvemo Kartli qubernatoru Paata Xizanaşvili martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Kvemo Kartlinin qubernator administrasiyası arasında bağlanmış əməkdaşlıq memorandumu zamanı Azərbaycan bayrağının masanın üzərinə qoyulması protokolunun pozulmasına görə üzr istəyib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevə göndərilmiş məktubda bildirilir.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi bütün irihəcmli layihələri yüksək qiymətləndiririk və əminik ki, ölkələrimiz arasındakı əməkdaşlıq genişlənəcək və dərinləşəcək", - deyə P.Xizanaşvilinin məktubunda deyilir.
Qubernator, həmçinin bu təsadüfi səhvin Azərbaycan və Gürcüstan xalqları arasında çoxillik qardaşlıq münasibətlərinə kölgə salmayacağına ümid etdiklərini də bildirib.
P.Xizanaşvili səhvə yol vermiş əməkdaşların artıq müvafiq cəza aldıqlarını da qeyd edib.
Qeyd edək ki, memorandumun imzalanması zamanı Azərbaycan bayrağı tərsinə qoyulub.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR