"Küveytli investorlar Azərbaycanda daşınmaz əmlak bazarına maraq göstərirlər”.
Aktual.az xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.
Artıq küveytli investorlar Azərbaycan iqtisadiyyatına yatırımlar edirlər. Səfirin sözlərinə görə, bu, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir. İlk investisiya layihələri Qəbələ, İsmayıllı, Quba və Qusarda həyata keçirilməyə başlayıb.
Elxan Qəhrəmanov əlavə edib ki, Azərbaycanın turizm potensialı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır:
"Küveytlilər turist səfərləri etməyi xoşlayırlar. Azərbaycana gələn küveytlilər
daşınmaz əmlak bazarına da maraq göstərirlər. Bundan başqa, onlar Azərbaycanda fermer təsərrüfatlarının yaradılmasında maraqlıdırlar”.
İki ölkənin ticarət əlaqələrindən danışan səfir Küveytin Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etdiyini də vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ilin yanvar-sentyabr aylarında 2,96 milyon dollar təşkil edib.
Aktual.az
Xəbər 425 dəfə oxunub.