Rusiyanın Baş Qərargahı və Müdafiə Nazirliyi Ukraynadakı qoşunları gücləndirmək məqsədilə yeni səfərbərlik elan etməsi üçün Kremlə ciddi təzyiq edir.
Aktual.az xəbər verir ki, bu barədə "Ekonomist” nəşrinə kəşfiyyat məlumatları ilə tanış olan yüksək çinli avropalı məmurlar deyiblər.
"Rusiyanın hazırda kifayət qədər qüvvəsi yoxdur. Əgər onlar irəliləyişə nail olsalar, bundan istifadə edə bilməyəcəklər”, - NATO-nun yüksək rütbəli rəsmisi izah edib.
Bildirilib ki, Rusiya ordusu döyüş meydanında kütləvi itkilərə səbəb olan primitiv taktikaya arxalanmaqda davam edir.
Xəbər 135 dəfə oxunub.