Kustar üsulla hazırlanmış spirtli içkidən 12 nəfər ölüb

Kustar üsulla hazırlanmış spirtli içkidən 12 nəfər ölüb
  • DÜNYA

 İstanbulda kustar üsulla hazırlanmış spirtli içkidən ölənlərin sayı 12 nəfərə çatıb, daha 6 nəfər reanimasiya şöbəsindədir.

Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı TürkiyəninSəhiyyə Nazirliyi istinadən NTV telekanalı yayıb.

Bundan öncə Səhiyyə Nazirliyi bildirmişdi ki, oktyabrın 18-də İstanbulun səhiyyə ocaqlarına alkoqoldan zəhərlənmə diaqnozu ilə 49 nəfər müraciət edib, onlardan 23-ü müalicə edilir.

Türkiyə KİV-inin məlumatına görə, İstanbulun 5 rayonunda onlarla insan qarın nayihəsində ağrı, ürəkgetmə, görmə qabiliyyətinin itməsi, ürəkbulanma ilə bağlı şikayətlə xəstəxanalara müraciət edib.

Məlum olub ki, onlar şəxsi adamlardan alınan kustar yolla hazırlanmış və küçələrdə 5 lirəyə (təxminən 1,7 dollar) satılan spirtli içki qəbul edib.

İstanbul polisi saxta içkini hazırlamaqda və satmaqda şübhəli bilinən 15 nəfəri saxlayıb. 

Aktual.az

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR