Kursk vilayətində raket təhlükəsi elan edilib.
Aktual.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Teleqram kanalında məlumat yayıb.
"Kursk bölgəsi. Raket təhlükəsi. Evdəsinizsə, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmaq lazımdır: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və min kv.km ərazini nəzarətə götürüb.
Xəbər 140 dəfə oxunub.